Doxsan doqquz
Doxsan doqquz — say sistemində ədədlərdən biridir. Doxsan səkkizdən sonra, yüzdən əvvəl gəlir. Ən böyük iki rəqəmli ədəddir.
== Riyaziyyatda ==
=== Əsas hesablamalarda ===
Doxsan doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 9, 11, 33 və 99 ədədlərinə qalıqsız bölünür.
== Dində ==
=== Qurani-Kərimdə ===
(Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) məbədə (ibadət vaxtı ora daxil olmaq qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər.
Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: "Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!" (Onlardan biri dedi:) "Bu mənim (din) qardaşımdır.